Yeni Zelandiyada 7,5 milyon dollara şəhər əldə etmək olar. 

Unikal.org CNBC-yə istinadən xəbər verir ki, belə bir qiymətə Mellonsfolli Ranç adlı yaşayış məntəqəsi satışa çıxarılıb.

Qeyd edilən ərazidə 10 ev tikilib, həmçinin alıcı hazır biznesə də sahiblənmiş olacaq.

Bildirilir ki, məntəqə 2006-cı ildə vestern həvəskarı tərəfindən tikilib, nümunə kimi isə Vayominq (ABŞ) ştatındakı kovboy şəhərciyi götürülüb.