Azərbaycanda daha bir Federasiya fəaliyyətini dayandırıb.

Unikal.org-un əldə etdiyi məlumata görə,  Milli Məclis Sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin rəhbəri olduğu Azərbaycan Peyntbol Federasiyası bir müddətdir ki, fəaliyyət göstərmir. Qurumun fəaliyyətini dayandırmasına səbəb maliyyə problemi olub.

Xəbəri Unikal.org-a Federasiyanın vitse-prezidenti Nadir Adilov təsdiqləyib.

Gülayə Mecid