Berlində naməlum şəxslər Bundestaqın binasını yandırmağa cəhd ediblər.

Unikal.org xəbər verir ki, bu barədə iyunun 29-da “Berliner Morgenpost” yazır.

Bildirilir ki, bazar ertəsinə keçən gecə Reyxstağın binasında yanğın törətməyə cəhd edilib. Saat 00:30 ərəfəsində naməlum şəxslər binanın qərb tərəfinə yanacaq tökərək od vurublar.

Yanğın yarım saat ərzində söndürülüb. Bina xüsusi mühafizə altında olduğu üçün əraziyə 50 yanğınsöndürmə briqadası cəlb edilib. 

Berlin polisi hadisə yerinə operativ gəlsə də,cinayətkarlar qaça biliblər.