Bakıda yaşayış binasında yanğın başlayıb. 

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu Sabit Orucov küçəsində qeydə alınıb. Hündürmərtəbəli yaşayış binasının qarajında meydana gələn yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.  

Sakinlərə binanı tərk etmələri ilə bağlı çağırış edilib.