Finlandiyanın paytaxtı Helsinkidə teatr binasında partlayış baş verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  hadisə nəticəsində bir nəfər xəsarət alıb. Həmin şəxs xəstəxanaya yerləşdirilib.

Qeyd olunur ki, partlayış yanğından mühafizə sisteminin yerləşdiyi otaqda təmir işləri zamanı baş verib.

Hadisənin təfərrüatları ilə bağlı araşdırma aparılır.