Rusiyanın paytaxtı Moskva şəhərinin Proxodçikov küçəsində yerləşən yaşayış binasında partlayış olub.

Unikal.org xəbər verir ki, partlayış qaz sızması nəticəsində baş verib.

Nəticədə yaşayış binasında dörd mənzildə yanğın olub. Ölkənin Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın söndürülüb, 7 nəfər xəsarət alıb və bir nəfərin vəziyyəti ağırdır.