Misirin İsgəndəriyyə şəhərində  xəstəxanada yanğın baş verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  baş verən yanğın nəticəsində 7 nəfər həyatını itirib, 7 nəfər isə ağır yaralanıb. 

Hadisə yerinə  5 yanğınsöndürən maşınların  müdaxilə edildiyi və yanğının nəzarət altına alındığı bildirilib. Yanğının qısa bir qapanma səbəbiylə baş verdiyi açıqlanıb.