Malayziyaya gələn ölkə vətəndaşları, eləcə də əcnəbilər koronavirus testləri üçün ödəniş etməli olacaqlar.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu qərar iyunun 29-dan qüvvəyə minib.

Qeyd olunur ki, testlərin qiyməti analiz növündən asılı olaraq dəyişəcək. Malayziya vətəndaşları üçün ən ucuz test 7 dollar, ən bahalı test, polimeraz zəncirvari reaksiya testi 35 dollar təşkil edəcək. Əcnəbi vətəndaşlar üçün bu rəqəm müvafiq olaraq 14 dollar və 58 dollar olacaq.

Pulsuz testlər yalnız xaricdən qayıdan malayzilyalı tələbələr və rəsmi şəxslər üçün olacaq.

Qeyd edək ki, bu günədək Malayziyada 8,6 mindən çox şəxs koronavirusa yoluxub. Onlardan 8,3 min nəfəri sağalıb, 121 nəfər ölüb.