Paytaxtda bu gün səhər saatlarında ikiotaqlı fərdi yaşayış evində yanğın hadisəsi baş verib.

Unikal.org-un əldə etdiyi məlumata görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

Bildirilir ki, yanğın Sabunçu qəsəbəsi, Elşən Mehdiyev 14, mənzil 7 ünvanında  baş verib.

Məlumata əsasən, alov qismən iki qonşu evə də keçib.