Çində elm adamları, pandemiya şəklində yayılması ehtimalı olan yeni bir qrip virusunu kəşf ediblər. 

Unikal.org xəbər verir ki, donuzlarda aşkarlanan virusun da insanlara ötürüldüyü açıqlanıb. Tədqiqatçılar virusun mutasiya nəticəsində sürətlə yayılmasından narahatdırlar. 

Mütəxəssislərin açıqlamasına görə, hazırkı formasında insanlar arasında asanlıqla yayıla bilən xüsusiyyətlərə sahib olan virusun yaxından təqib edilməli olduğu açıqlanıb. 

Yeni və ölümcül "Donuz qripi" adlandırılan dalğanın olma ehtimalı, hətta koronavirus pandemiyası dövründə də elm adamlarının diqqətlə izlədikləri mövzudur. 

Qeyd edək ki, ilk dəfə olaraq "Donuz qripi" 2009-cu ildə Meksikada baş verib.