ABŞ-da polis zorakılığı davam edir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  ABŞ-ın Miçiqan ştatının Detroyt şəhərindəki Patton Parkda, ölkədə irqçiliyə və polis zorakılığına etiraz etmək üçün bir araya gələn vətəndaşların üzərinə polis avtomobili sürüb. Hadisədə 6 nəfər yüngül yaralanıb.

Detroit Təhlükəsizlik Müdiri Ceyms Kreyq, hadisə ilə əlaqədar verdiyi açıqlamada, hadisədən sonra heç bir cəza almadıqlarını bildirərkən hadisəyə qarışan polislərin vəzifələrini davam etdirdiklərini açıqlayıb.  

Həmçinin də, etiraz edənlərin polisə təhrik etdiyini ifadə edən Kreyq, polisin düzgün hərəkət etdiyini iddia edib. Polis rəisi nümayişçilərin polisi döyməyə çalışdıqlarını vurğulayıb. 

Digər tərəfdən, nümayişçilərin martın 13-də Breonna Taylorun polis tərəfindən öldürülməsi, ABŞ-ın İmmiqrasiya və Gömrük Mühafizə Bölməsinin ləğvi və polis islahatı kimi mövzulara etiraz olaraq toplaşdığı bildirilib.