İstanbul şəhərində qəribə hadisə yaşanıb.  

Unikal.org haberler.com-a istinadən xəbər verir ki, Eminönü ərazisində  bir qadın bərə limanına yaxınlaşaraq heç kimə əhəmiyyət vermədən soyunmağa başlayıb. 

Ərazidə olan vətəndaşlar qadının bu hərəkətinə təəccüblənərək, "Ay da, sən nə etdin?", "bu nədir?" deyərək reaksiya veriblər. Lakin, qadın çılpaq şəkildə dənizə girib. Həmin anlar vətəndaşlar tərəfindən kameralara əks olunub.  

Qeyd edək ki, qadının kimliyi və niyə çılpaq dənizə girməsi hələ ki, məlum deyil.