Prokurorluq orqanlarında yeni təyinatlar olub.

Unikal.org  xəbər verir ki, Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlə Vüqar Əhmədliyə Kəlbəcər rayon prokuroru vəzifəsinin icrası həvalə edilib.

Bundan başqa, Baş prokurorun digər əmri ilə Kamran Məmmədova Goranboy rayon prokuroru vəzifəsinin icrası həvalə olunub.