"Koronavirus peyvəndinin hazırlanması çox uzun prosesdir".

Unikal.org xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib. O bildirib ki, hazırda bütün ölkələrdə araşdırmalar aparılır:

"Bu gün hər hansı bir peyvəndin istifadəsinə başlanılması məsələsi yoxdur. Bu proses tam şəkildə bitəndən sonra, insanlar üçün xeyiri və ziyanı müəyyən olunduqdan sonra istifadəsinə icazə verilə bilər. Bu ilin sonuna peyvənd hazır ola bilər. Amma bu barədə danışmaq hələ tezdir".