Tehranda Sina xəstəxanasında baş  vermiş partlayış və  yanğında ölənlərim sayı 18 nəfərə çatıb.

Unikal.org xəbər verir ki, bunu Tehran yanğınsöndürmə briqadasının sözçüsü Cəlal Məliki deyib.

Onun sözlərinə görə, hadisə yerindən indiyədək 18 nəfərin cənazəsi çıxarılıb.

xxx

İranın paytaxtı Tehranın şimalında partlayış olub.

Unikal.org xəbər verir ki, bu barədə İSNA agentliyi məlumat yayıb.

İlkin məlumata görə, partlayış tibb mərkəzində baş verib. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. 

Partlayışın başvermə səbəbi hələ məlum deyil.