Azərbaycanda koronavirusla bağlı 30 iyun 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.

Unikal.org  xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, son sutkada koronavirusa görə 6 645 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 482 170-ə çatıb.

Reanimasiyada olan xəstə sayı 182, süni tənəffüs cihazında olan xəstə sayı 37-dir.

Hazırkı dövrədək ölkəmizdə 17 524 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 9 715 nəfər müalicə olunaraq sağalıb, 213 nəfər vəfat edib. Aktiv xəstə sayı 7 596 nəfərdir.