Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 pandemiyası ilə bağlı gündəlik hesabatını açıqlayıb.

Unikal.org  xəbər verir ki, hesabata əsasən, ötən sutka ərzində 163 865 nəfər yeni növ koronavirusa yoluxub, 3 946 pasiyent dünyasını dəyişib.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb. İkinci yerdə Avropa regionu qərarlaşır.

Qeyd edək ki, dünyada koronavirusa yoluxanların ümumi sayı 10 milyon 500 min, pandemiya qurbanlarının sayı isə 510 750 nəfərdən çoxdur.