İspaniya La Liqasında XXXIII tur start götürüb.

Unikal.org xəbər verir ki, turun mərkəzi qarşılaşması ilk gündə baş tutub.

Çempionluq uğrunda mübarizə aparan "Barselona" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan "Atletiko"nu qəbul edib. 3 penaltinin təyin olunduğu və kataloniyalıların kapitanı Lionel Messinin karyerasında 700-cü qolu vurduğu görüş qollu bərabərliklə yekunlaşıb. Bununla "Barselona" ardıcıl ikinci matçda xal itirib.

Təhlükəli zonada qərarlaşan "Malyorka" turnir cədvəlindəki qonşusu "Selta" ilə üz-üzə gəlib. Ötən turda "Barselona"nı büdrədən Viqo təmsilçisi səfərdə darmadağına məruz qalıb.

Elitada qalmaq şansı turdan-tura azalan "Leqanes" isə "Sevilya"ya doğma arenasında böyük hesabla yenilib.

Turun digər matçları 1-2 iyul tarixində keçiriləcək.

İspaniya La Liqası
XXXIII tur
30 iyun
"Malyorka" - "Selta" - 5:1

Budimir, 13 (pen.) 52; Kuço, 27; Pozo, 40; Sevilya, 60 - Aspas, 50 (pen.)
"Leqanes" - "Sevilya" - 0:3
Torres, 23, 35; Munir, 82
"Barselona" - "Atletiko" - 2:2
Dieqo Kosta, 11 (avtoqol); Messi, 50 (pen.) - Saul, 19 (pen.), 62 (pen.)