Son olaraq "Neftçi"də çıxış edən Donald Gerye "Qarabağ"a qayıdıb.

Unikal.org xəbər verir ki, bu barədə 31 yaşlı cinah oyunçusu şəxsi "Instagram" hesabından məlumat verib.

Haitili oyunçu Ağdam təmsilçisinə geri döndüyünü və anlaşmanın tamamlandığını yazıb.

Qeyd edək ki, Donald Gerye 2017 - 2019-cu illərdə "Qarabağ"ın formasını geyinib. Ötən yay "Neftçi"yə keçən futbolçu bir müddət öncə "ağ-qaralar"ın sıralarını tərk edib.