Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 1-nə olan statistik göstəriciləri açıqlayıb.

Unikal.org xəbər verir ki, məlumata əsasən bu gün ölkədə 7 831 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 202 nəfər reanimasiyada, 45 nəfər isə süni tənəffüs cihazındadır.

Qeyd olunub ki, bu gün 6 682 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 488 852 test aparılıb.

Xatırladaq ki, bu gün Azərbaycanda daha 588 nəfər koronavirusa yoluxub, 346 nəfər sağalıb, 7 nəfər isə vəfat edib.