"Arka sokaklar" serialının ikinci rejissoru Kerem Saka aktrisa Yıldız Asyalı ilə ailə qurub.

Unikal.org xəbər verir ki, Bodrumda baş tutan toy mərasimində koronavirus tədbirlərinə riayət olunub.

Toyda göz önündəki əsas qonaq, Yıldız Asyalının ilk evliliyindən olan qızı Ayşe Mira olub.

5 gün əvvəl evlilik təklifi aldığını deyən aktrisa, gəlinlik paltarını aylar əvvəl hazırladığını və qızına da gəlinliyə bənzər libas geyindirdiyini bildirib.

Qeyd edək ki, toyda gəlinin maskası da xüsusi diqqət çəkib.