Koronavirus pandemiyası üzündən təxirə salınan kayak və kanoelərdə sprint üzrə Avropa çempionatının vaxtı müəyyənləşib.

Unikal.org xəbər verir ki, Azərbaycan idmançılarının da qatılmalı olduğu yarış bu il oktyabrın 15-18-də keçiriləcək.

Çempionata Rumıniya ev sahibliyi edəcək. Avropa Avarçəkmə Assosiasiyasının yarışları koronavirusa görə dayandırılmışdı. Fasilədən sonra ilk yarış sentyabrın 18-20-də slalom üzrə qitə çempionatı olacaq. Turnir Çexiyada təşkil olunacaq. Oktyabrın 1-4-də gənclər Polşada slalomda qüvvəsini sınayacaq.