Bu gün Azərbaycan polisi peşə bayramını qeyd edir.

Unikal.org xəbər verir ki, tarixi 1918-ci ilə dayanan Daxili İşlər Nazirliyi əməkdaşları o gündən bu günə ölkədə asayişin qorunmasında, təhlükəsizliyin mühafizəsində, sabitliyin və əmin-amanlığın qorunmasında, cinayətkarlığa qarşı mübarizədə fədakarlıqlar göstəriblər.

 Mərhum prezident Heydər Əliyevin 1998-ci ilin martında imzaladığı Fərmana əsasən, hər il iyulun 2-si daxili işlər orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd olunur.