ABŞ-da iyulun 1-də sutka ərzində koronavirusa 51 mindən artıq yoluxma qeydə alınıb.

Unikal.org xəbər verir ki, yeni antirekord barədə “Worldometers” onlayn statistikasının göstəriciləri xəbər verir.

Ümumilikdə isə ölkədə 2,7 milyondan artıq insan yoluxub. 

Son sutka ərzində ABŞ-da 676 insanın “COVID-19”dan öldüyü bildirilir. Ölənlərin ümumi sayı isə 130 mini keçib.