Dünyanın ən zəngin insanı, “Amazon” şirkətinin sahibi Ceff Bezos sərvətini 172 mlrd dollaradək artırıb.

Unikal.org xəbər verir ki, bu barədə “Bloomberg Billionaires Index”in reytinq siyahısında deyilir.

Agentliyin məlumatına əsasən, bu, bizmesmen üçün rekord göstəricidir. O, 167,7 mlrd dollara müvafiq olan öncəki rekordunu 2018-ci ilin 4 sentyabr tarixində vurmuşdu.

Bildirilir ki, Bezosun sərvəti “Amazon”un səhmlərinin bahalaşması hesabına artıb. Belə ki, iyulun 1-də keçirilən hərracda hər səhm 4,4 faiz olmaqla,  2878,8 dollaradək bahalaşıb. Bezosa reteylerin səhmlərinin 11 faizi məxsusdur. Biznesmen təkcə sentyabrdan indiyədək 56,7 mlrd dollar varlanıb.