Bakıda küçədə oğurluq hadisəsi baş verib. 

Unikal.org Baku.ws-ə istinadən xəbər verir ki, hadisə "28 may" metrosu yaxınlığında qeydə alınıb. 

Belə ki, gənc oğlan küçədə yol ilə gedən qızın telefonunu götürüb qaçıb.  Həmin oğurluq hadisəsi ətrafdakı müşahidə kamerasına tuş gəlib. 

Başına gələnlərdən çaş-baş qalan qız daha sonra oğrunun arxası ilə qaçıb.