Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qərar verərək  Müqəddəs Sofiya kilsəsini (Aya Sofya) məscidə çevirə bilər.

Unikal.org xarici KİV-ə əsasən xəbər verir ki, müvafiq  qərarı Türkiyənin Ali məhkəməsi verib.

Bildirilir ki, Türkiyənin ilk Prezidenti Mustafa Kamal Atatürkün kilsəyə 1934-cü ildə muzey statusu verilməsi haqqında qərarı qüvvədə qalır, lakin dövlətin hazırkı başçısı statusun saxlanılması və ya dəyişdirilməsi hüququna malikdir.

Həmçinin kilsənin gələcəyi məsələsi Türkiyənin Dövlət Şurasının iclasında da müzakirə olunub. CNN telekanalıının məlumatına əsasən, dinləmələr 15 dəqiqə sürüb. DŞ rəsmi qərarını 15 gün ərzində elan edəcək.