“Hazırkı karantin rejimi heç bir sosial izolyasiya qaydalarına uyğun aparılmır”. 

Bunu Unikal.org-a açıqlamasında sosioloq Sahib Altay deyib. O bildirib ki, ciddi karantin rejiminin insanlarda yarada biləcəyi əks təsirlər çox təhlükəlidir: “Normal qaydada karantin 15-30 gün civarında olur. Dünyanın ən güclü sosial araşdırmaçıları İsveç alimləridir, onlar öz ölkələrində karantin elan etmədilər. Çünki 15 gündən artıq ciddi karantin rejimi immunitet çatışmazlığına səbəb olur ki, bu da bədənimizdəki mikrobların və virusların oyanmasına səbəb olur. Son zamanlar artıq Azərbaycanda herpes virusu yayılmağa başlayıb. Bunun nəticəsi hələ bir neçə ildən sonra daha kəskin şəkildə özünü büruzə verəcək. Yaxın 5 ildə ürək-damar xəstəliklərinin və panik atakların sayı artacaq. Yaxşı olardı ki, Bakı ilə rayonların arası kəsilməsin, karantin rejimi yumşaldılsın. Yollarda nəzarətin gücləndirilməsi bəs edir”.

Dürrə Həsənova