Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov işçilərdən koronavirus testinin götürülməsi üçün Səhiyyə Nazirliyinə müraciət edib. 

Unikal.org-un əldə etdiyi məlumata görə, icra başçısının göstərişi ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidmətlərinin əməkdaşları Bakı Şəhər İcra Hakimiyyətinin binasındadırlar. Artıq 50 nəfər əməkdaşdan koronavirus testi götürülüb. 

Famil Fərhadoğlu