“Koronavirus ümumxalq problemidir. Bu problemə qarşı hamımız səfərbər olmalıyıq”.

Unikal.org  xəbər verir ki, bunu  Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın brifinqində bildirib.

O qeyd edib ki, bu problem üçün hamımız bir olmalıyıq: “Elə müharibədəyik, öncəbhədəyik. Hamımız bu mübarizəyə qoşulmalıyıq ki, qalib çıxaq. Bu problem qlobal problemdir. Əvvəl nəsə olanda deyilirdi ki, dünya təcrübəsinə müraciət edin. İndi elə unikal vəziyyətdir ki, dünya təcrübəsi yoxdur”.