ABŞ-ın Florida ştatında daha bir polis zorakılığı qeydə alınıb. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Florida ştatının Mayami şəhərindəki Beynəlxalq Hava Limanında qaradərili bir qadın polis əməkdaşının hücuma məruz qalıb. Səlahiyyətlilər, qadının uçuşunun təxirə salınması səbəbiylə agentliklə  yüksək səslə danışmağa başladığını bildirib.  Bu zaman mübahisəyə polis müdaxilə edib.  

Belə ki, qadın və polis arasında yaranan mübahisədə polis qadına yumuruqla hücum edib. Hadisə anı anbaan ətrafdakı insanlar tərəfindən kameralara qeydə alınıb.  Tez bir zamanda sosial şəbəkələrədə yayımlanan görüntülər gündəm yaradıb. 

Baş verən hadisə ilə əlaqədar polis idarəsinin rəhbəri mətbuata açıqlama verərək, hadisənin nəzarətdə olduğunu və lazimi tədbirlərin görüləcəyini bildirib.