Türkiyənin Sakarya vilayətində pirotexnika istehsalı zavodunda partlayış baş verib.

Unikal.org xəbər verir ki,  hadisə nəticəsində iki işçi xəsarət alıb.

Qeyd olunur ki, partlayış zamanı zavodda 100-dən çox işçi olub. Onlar təxliyə ediliblər.

Hadisə yerinə xilasedicilər və yanğınsöndürənlər cəlb edilib. Partlayışın səbəbləri ilə bağlı araşdırma aparılır.