“Cafe Rouge”, “Bella Italia”, “Belgo”, “Las Iguanas” və “Huxleys” kimi restoran şəbəkələrinə sahib olan "Causal" Yemək Qrupunun İngiltərə mətbuatına verdiyi açıqlamada məşhur restoranların iflas ediyini bildirib. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, açıqlamada, fərqli restoran markaları altında xidmət göstərən qrupun 250 min şöbəsindən 91-nin bağlanacağı, 6 min nəfərdən 900-nün işdən çıxarılacağı bildirilib. 

Həmçinin də, açıqlamada restoranların satılması üçün danışıqların aparıldığı və bu müddətdə 150 restoranın fəaliyyətini davam etdirməsinin planlaşdırıldığı qeyd olunub.