Türkiyədə son 24 saat ərzində daha 19 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Unikal.org xəbər verir ki,  bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 5 186 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 172 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 203 456 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 1 313 nəfər olmaqla 178 278 nəfər təşkil edir.