Əfqanıstanın paytaxtı Kabildə partlayış baş verib.

Unikal.org "TASS"a istinadən verdiyi məlumata görə, partlayış şəhərin 11 nömrəli polis məntəqəsində qeydə alınıb.

Bildirilir ki, partlayış nəticəsində 1 nəfər polis əməkdaşı və 1 dinc sakin yaralanıb.

İnsident digər təfərrüatları barədə məlumat verilmir.