Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un məlumatına görə, hadisə “Neftçilər” metrostansiyası yaxınlığında qeydə alınıb.

Belə ki, 1970-ci il təvəllüdlü Vəliyeva Mehparə Vəli qızı yolu keçmək istəyərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol baldırın əziyi diaqnozu qoyulub