Türkiyənin Kocaeli əyalətinin Gebze rayonunda sərnişin avtobusu aşıb.

Unikal.org haberler.com-a istinadən xəbər verir ki, hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib.

İlkin məlumata əsasən, qəza nəticəsində 1 nəfər həlak olub, 17 nəfər isə xəsarət alıb.

Qəza ilə bağlı araşdırma aparılır.