“Barselona” klubunun prezidenti Xosep Maria Bartomeu komandadan ayrılacağı iddia olunan Lionel Messi haqda danışıb.

Unikal.org xəbər verir ki, “goal.com”-a açıqlama verən Bartomeu 33 yaşlı argentinalı futbolçunun gələcəyi haqda bunları deyib:

“Ətraflı məlumat vermək istəmirəm, ancaq Messi dəfələrlə karyerasını “Barselona”da bitirəcəyini deyib. Bütün diqqətimizi yarışlara yönəltmişik və futbolçularla da danışıqlar aparırıq. Messi davam etmək istəyir və karyerasını da burada sonlandırmaq niyyətindədir. Onun daha çox vaxtı var və biz bundan uzun illər zövq alacağıq”.

Argentina mətbuat Messinin “Barselona”dan ayrılmaq istədiyini iddia edir. Messinin klubla müqaviləsi 2021-ci ilin yayına qədərdir.