Mərhum hind aktyoru Suşant Sinx Racputun fanatı aktyorun şərəfinə kosmosda ulduz alıb. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bunun üçün külli miqdarda pul ödəyən Rakşa adlı həmin şəxs rəsmi sənəd olan qeydiyyat şəhadətnaməsini “twitter” hesabında paylaşıb .

"Sən ulduzlara vurğun idin, bundan sonra daha da parlayacaqsan", - deyə fanat yazıb. 

Qeyd edək ki, aktyor son zamanlar film sektoruna dəvət almadığı səbəbi ilə 14 iyun tarixində evində intihar etmişdi.