Dünyanın 2019-cu ildə ən çox milyarderləri Nyu-York (113 nəfər), Honkonq (96 nəfər), San-Fransisko (77), Moskva (73 nəfər) və Londonda (66 nəfər) yaşayırlar. 

Unikal.org xəbər verir kki, bu barədə “Wealth-X” konsaltinq şirkətinin “The Billionaire Census 2020” hesabatında deyilir.

Siyahıya, həmçinin Pekin (57), Sinqapur (45), Los-Anceles (44), Şençjen (39), Mumbay (38), Dubay (35), San-Paulu (33), İstanbul (32), Xançjou (32) və Tokio (30) da daxil edilib.

Ən çox varlılar ABŞ, Çin, Almaniya, Rusiya, İsveçrə, Böyük Britaniya, Hindistan, Səudiyyə Ərəbistanı, Fransa, İtaliya, Braziliya, BƏƏ, Kanada və Sinqapurda yaşayır. 

Hesabata əsaasən, 2019-cu ildə milyarderlərin sayı 8,5% artaraq 2825 nəfərə çatıb. Onların məcmu sərvəti 9,4 trilyon dollara çatıb.