İranın Kirman əyalətində 4,8 bal gücündə zəlzələ qeydə alınıb.

Unikal.org xəbər verir ki, zəlzələ Kirman əyalətinin Librdof bölgəsində yerin 10  kilometr dərinliyində baş verib. Yeraltı təkan ətraf rayonlarda da hiss olunub.

Ölən, yaralanan və dağıntılar haqqında hələlik məlumat yoxdur.