Azərbaycanda daha bir tibb işçisi koronavirusa yoluxub.

Unikal.org-un məlumatına görə, Beyləqan rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əli Məmmədovun COVİD-19 testinin nəticəsi pozitiv çıxıb. Baş həkim Bakıda Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alır. Vəziyyətinin qənaətbəxş olduğu bildirilir.