Bu gün Türkiyə Böyük Millət Məclisinin yeni sədri məlum olub.

Unikal.org xəbər verir ki, Mustafa Şentop yenidən TBMM sədri seçilib.

Milliyyətçi Hərəkat Partiyasının (MHP) deputatları da Şentopun TBMM sədrliyinə namizədliyini dəstəkləyiblər.

Qeyd edək ki, Türkiyə qanunvericiliyinə görə, parlament sədri iki il müddətinə seçilir. İyulun 6-da Mustafa Şentopun parlament sədri kimi səlahiyyət müddəti başa çatmışdı.