ABŞ-ın Ohayo ştatında dünyanın ən uzun müddət yaşamış siam əkizləri vəfat edib.

Unikal.org xəbər verir ki, 1951-ci iln oktyabrında anadan olmuş Ronni və Donni Qalion qardaşları 68 il yaşayıb. Onların təbii səbəblər nəticəsində öldüyü deyilir.

Qalion qardaşları hələ 2014-cü ildə siam əkizləri arasında uzunömürlülük rekordu vurmuşdu.

Onların bədəni qurşaqdan aşağı hissədə ümumi olub. Müxtəlif təkliflərə baxmayaraq, qardaşlar əməliyyatla ayrılmaq qərarında imtina ediblər.