Bərdə rayonunun Gərənə kəndində ümumi sahəsi 48 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.

Bu barədə Unikal.org Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir. Qeyd olunub ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Bundan başqa, Zaqatala rayonunun Çobankol kəndində ümumi sahəsi 156 m² olan kürsülü birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.