Bəzi bitkilər dofamin – xoşbəxtlik hormonunun qısa müddətə ifrazına səbəb olur. Qanda şəkərin miqdarı kəskin artdıqda, bu hormonun da orqanizmdə konsentrasiyası yüksəlir. Lakin onun səviyyəsi qəfil düşdükdə, insan məyusluq və ruh düşkünlüyü hiss edir, depressiya yaranır. 

Unikal.org xəbər verir ki, bu barədə “Changeua” agentliyi dietoloqlara istinadən yazır.

Mütəxəssislər bildirirlər ki, bəzi məhsulların tərkibindəki şəkər və yağlar müvəqqəti olaraq ehtiras və ruh yüksəkliyi yaradır ki, bu maddələr də orqanizmdın çıxdıqdan sonra əks təsir müşahidə olunur.

Dietoloqlar müvəqqəti ruh yüksəlişi yaradan məhsulların siyahısını tərtib ediblər. Bura daxildir: spirtli içkilər, qazlı sular, kofein tərkibli məhsullar, un məmulatları, fri kartofu, pissa, çipslər, sneklər və kimyəvi işlənmiş digər məhsullar. Alimlər xəbərdarlıq edirlər ki, bu məhsullar öncə emosional yüksəliş yaratsalar da, sonradan depressiyaya səbəb olur.