Rusiyanın paytaxtı Moskva şəhərində teatrların açılmasına icazə verilib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Moskva Myuzikl teatrının bədii rəhbəri Mixail Şvıdkoy TASS-da keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, Moskva teatrlarına avqustun 1-dən tamaşaçı sayını 50 faizə qədər məhdudlaşdırmaqla, fəaliyyət göstərməyə icazə verilib.