ABŞ lideri Donald Trampın qardaşı qızı Meri Tramp özünün yeni “Həddən artıq və heç vaxt çatışmayan: mənim ailəm dünyanın ən təhlükəli insanını necə yaratdı” adlı kitabında əmisi haqqında maraqlı faktları açıqlayıb.

Unikal.org  xəbər verir ki, müəllif öz əsərində ABŞ Prezidentinin  kiçik yaşlarından başqalarını öz maraqları naminə aldatmağa və əzab verməyə hazır olduğunu bildiriib.

“Onun üçün yalan ilk növbədə ətrafdakılara özünü olduğundan daha yaxşı göstərmək üçün bir üsuldur”, - deyə Meri yazıb.

Müəllifin sözlərinə görə,  məktəb illərində Donald Trampın ev tapşırıqlarını bacısı Merienn həll edib. Fordem Universitetini bitirməmiş D.Tramp Pensilvaniya Universitetinə keçməyə qərar verib.

Meri qeyd edib ki, həmin vaxt D.Tramp onun əvəzinə tapşırıqları yerinə yetirmək üçün “ağıllı oğlan” kimi tanınan və imtahanlardan uğurla keçən Co Şapiro adlı şəxsə pul ödəyib.