Məşhur türk müğənnisi Gülbən Ergen sevgilisi ilə görüşmək üçün İstanbula gedib.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, Bodrumda ailəsi ilə tətilini yarımçıq qoyan müğənni sevgilisi Emre Irmakla İstanbulun ən bahalı restoranlarından birində görüşüb. Məkandan çıxarkən jurnalistlərin növbəti evlilik xəbəri gözlənilirmi sualına isə müğənni cavab verməkdən imtina edib.