Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa (COVID-19) 5 yoluxma halı qeydə alınıb.  

Unikal.org xəbər verir ki, bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 968 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 4425 nəfər karantində saxlanılır, 222 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 844 nəfərin sağaldığı, 15 nəfərin isə vəfat etdiyi bildirilir.